Şadlıq Evinin qarşısınıda kütləvi dava: yaralananlar var

Ötən gecə Bakıda kütləvi dava olub. Hadisə Əhmədli qəsəbəsində “Fəridə” şadlıq evinin qarşısında qeydə alınıb. APA TV-nin xəbərinə görə, bir qrup şəxs arasında düşən davada xəsarət alanların olduğu bildirilir.

 

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar davam etdirilir.

Hadisə şahidləri dava zamanı çəkdikləri həvəskar videogörüntüləri APA TV-yə təqdim ediblər.

 

Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də məhdudlaşıb.

 

Xətai Rayon Polis İdarəsindən APA TV-yə insidentin olduğunu təsdiqləsələr də, bu barədə əlavə açıqlama verilməyib.

Müəllif | Apa.Tv