Bakıda dəhşət: 26 yaşlı qız maşının pəncərəsindən yola düşüb öldü

Ötən gecə Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

"Hyundai Santa Fe" markalı avtomobil Masazır qəsəbəsinin ərazisində sola dönərkən sürücü qarşıdan gələn avtomobilləri gözləməyib. Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı maşın isə artıq dönmək üzrə olan "Hyundai Santa Fe"yə çırpılıb. Toqquşma nəticəsində "VAZ-2107"-dəki qadın sərnişin avtomobilin pəncərəsindən yola düşüb. O, hadisə yerində ölüb.

 

Yol qəzasında ölən qadının və avtomobilləri idarə edən şəxslərin adları səhər saatlarında məlum olub. Abşeron Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, "Hyundai Santa Fe" markalı avtomobili Rüstəm Nuriyev,"VAZ 2107" markalı avtomaşını isə Babək Cəfərov idarə edib. Qəza nəticəsində dünyasını dəyişən 26 yaşlı Fidanə Teymurovadır.

 

Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv