Şagirdsiz qalan məktəblər

Qubanın bəzi kəndlərində şagird çatışmazlığı var. Bu məktəblər əsasən dağ kəndlərində yerləşir. Onlardan biri də Quba rayonun Güləzi kənd məktəbidir. 2009-cu ildə inşa olunan 200 yerlik məktəbdə cəmi 57 şagird təhsil alır. Onlar isə yalnız 4-ü bu kənddəndir. Qalanları ətrafdakı Dalaqo, Xanagayolu və Kunxırt kəndlərindən gələn şagirdlərdir. APA TV-nin xəbərinə görə, onlar təhsil almaq üçün hər gün təxminən 8 km məsafə qət edirlər.

 

Torpaq sürüşməsindən sonra kənddən 186 ailənin kənddən köçürülməsi şagird sayının azalmasına səbəb olub.

Quba rayon Təhsil Şöbəsinin müdir əvəzi Loğman Müslümov deyir ki, Quba rayonunda şagird sayı 100-dən az olan məktəblərin sayı 60-dan çoxdur.Bu kəndlər əsasən, rayonun ucqar dağlıq ərazilərində yerləşir.

 

Qeyd edək ki, Quba rayonunda ümumilikdə 137 məktəb var. Bunlardan 66-sı tam, 44-ü ümumi, 27-si isə ibtidai tədris ocaqlarıdır. 

Müəllif | Apa.Tv
Vəli Turan