Canan Arıtman: Türk milləti heç kimə qarşı soyqırımı törətməyib"
Türkiyənin İzmir şəhərində saxta erməni soyqırımı iddialarına etiraz aksiyası keçirilib. Cüshuriyyət Qadınları Dərnəyinin yerli şöbəsinin üzvləri İzmirin Gündoğdu meydanına toplaşıblar. Aksiya iştirakçıları gəncliyə xitabı oxuduqdan sonra "Erməni soyqırımı imperialist bir yalandır" şüarını səsləndiriblər.
Cümhuriyyət Qadınları Dərnəyinin İzmir şöbəsinin sədri, sabiq millət vəkili Canan Arıtman "erməni soyqırımı" iddialarını "əsrin iftirası" adlandırıb.
Sabiq millət vəkili Canan Arıtman deyib ki, türk milləti əsrlər boyunca çox xalqa, qövmə, millətə hökmdarlıq edib, düşmənlərini dizə gətirib. Amma heç kimə qarşı soyqırımı törətməyib. Tarix, hüquq, elm bunun isbatıdır. Bu üzdən heç kim Türk millətini, atalarımızı və gələcək nəslimizi bəşəriyyət əleyhinə ən ağır cinayətdə suçlaya bilməz. Artıq yetər, səbrimiz daşır.
Canan Arıtman bəyan edib ki, məzlum cildinə girən əsl zalımların yalanı ortaya çıxacaq, soyqırımını onların özlərinin törətdiyi bütün dünyaya sübut olunacaq.
Aksiya iştirakçıları Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı başsağlığı bəyanatını da pisləyiblər.