Rusiyada gürcü və erməni "qanuni oğru"lar tutuldu
Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə Baş İdarəsinin əməkdaşları Gürcüstan və Ermənistan vətəndaşı olan iki "qanuni oğru"nu həbs ediblər. Gürcüstan vətəndaşı kriminal aləmdə "Qoqi Piterski" ləqəbi ilə tanınan Georgi Djanelidzeni miqrasiya qanunlarını pozduğuna görə saxlanıb. Məhkəmə 2011-ci ildə Djanelidzenin Rusiya Federaiyası ərazisindən çıxarılması haqda qərar qəbul edib. Qərara əməl etməyən 40 yaşlı "qanuni oğru" gizli şəkildə ölkə ərazisində qalırmış. Hazırda gürcü “qanuni oğru” xarici vətəndaşlar üçün nəzərdə tutulan müvəqqəti saxlanma müəssisəsindədir və onun deportasiyasına hazırlıq gedir. Bundan başqa Ermənistan vətəndaşı, kriminal aləmdə Artyom Saratovski ləqəbi ilə tanınan Artyom Sarkisyan da saxlanılıb. 36 yaşlı "qanuni oğru" cinayət məcəlləsinin 228-ci - qanunsuz narkotik saxlamaq maddəsi ilə günahlandırılır. Barəsində cinayət işi başlanan Sarkisyanın Rusiya ərazisinə külli miqdarda narkotik gətirilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupla bağlı olduğu ehtimal edilir.