İrəvanda "soyqırım" tədbiri - Türkiyə bayrağı yandırıldı
Ermənistanda uydurma “soyqırımı” ilə bağlı tədbirlər keçirilir. Bu münasibətlə İrəvanda təşkil edilmiş yürüş zamanı Türkiyə bayrağı yandırılıb.
Onun iştirakçıları Ermənistan prezidentinin iqamətgahına gələrək dövlət başçısına Ermənistan-Türkiyə protokollarından Ermənistanın imzalarını geri götürməyi tələb ediblər. Yürüşdə təxminən 10 min adam iştirak edib.
Ermənistan prezidenti Serj Sarkisyan qondarma "erməni soyqırımı" ilə əlaqədar çıxışında bəyan edib ki, Ermənistan türk cəmiyyətinə düşmən kimi baxmır. "Ermənilər o ağır günlərdə qonşularına və dostlarına kömək əllərini uzadan, talançıların caynağından erməni uşaqlarını xilas edən türkləri, türk ailələrini unutmurlar” deyə Sarkisyan bildirib. Aprelin 23-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edərək əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verib. Erməni üsyanları və I Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxarıb. Bu qərar öncəsi isə hazırda ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lideri həbs edilib. Onnların bir çoxu türk kəndlərinə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.