Rusiya XİN başçısı Lavrov: "ABŞ bizə hücum etsə..."

"Hazırda Polşanın mərkəzində 150 amerika desantçısı orada birgə təlimlər keçirilməsi adı ilə yerləşdirilib. Hələ üstəlik 450 desantçının da yaxın günlərdə Litva, Latviya və Estoniya ərazisinə çıxarılması planlaşdırılıb. Bu dövlətlər Ukrayna hadisələrini guya öz ölkələri üçün təhlükə hesab edir və ABŞ-a öz ərazi bütövlüklərinin qarantı kimi baxırlar. Bununla yanaşı rəsmi Vaşinqton tələb edir ki, Rusiya öz hərbi qüvvələrini Ukrayna sərhədindən çəksin. Bu tələb Ukraynanın şərqindəki hər an partlayışa səbəb olacaq hadisələr fonunda  Moskvada anlaşmazlıq yaradır. Əgər bizə hücum etsələr biz müdafiə olunacağıq. Rusiyanın və Rusiya vətəndaşlarının maraqları nəzərə alınmazsa, hansı ki bu Cənubi Osetiya baş verdi, biz buna reaksiya verəcəyik". Bütün bunları bəyan edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmçinin qeyd edib ki, Ukraynadakı "tamaşa"nın ssenaristi məhz ABŞ-dır. O, bir daha qeyd edib ki, Ukraynada adına "antiterror əməliyyatı" qoyulan proses Mərkəzi Kəşfiyyat İdarəsinin şefinin Kiyevə səfərindən sonra başladı. Rəsmi Vaşinqtonun Lavrovun bu sözlərinə cavabı gecikməyib. Dövlət Departamentinin təmsilçisi Djen Psaki bütün bu ittihamları gülünc və əsassız adlandırıb. SİTAT:" Ukrayna hakimiyyətinin hərəkətləri tam hüquqidir, çünki ölkənin dövlət obyektlərini silahlı və naməlum şəxslər ələ keçirir və buna cəhdlər davam edir".SİTATIN SONU. Bu arada Avropa İttifaqı rəsmi Kiyevin antiterror əməliyyatlarında silahdan istifadə etməsini məsləhət bilmir. Qeyd olunur ki, bu vəziyyəti daha da çətinləşdirə bilər.


 

Müəllif | Apa.Tv
Apa.tv