Bahar Muradova: "Ermənilər Bakıda keçiriləcək tədbirə qatılmalıdırlar"

"Ermənistan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasına qatılması barədə hələ ki, müraciət etməyib".

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Onun sözlərinə görə, iyunun 28-də Bakıda keçiriləcək ATƏT PA-nın 23-cü sessiyası “Regionda insan təhlükəsizliyi” mövzusundadır. 57 ölkədən nümayəndə heyətinin qatılacağı tədbirin iştirakçıları artıq otellərdı yer sifariş verib: "Dəvətlər eyni dərəcədə hər kəsə aiddir. Bu, işçi qaydada həyata keçirilir, xüsusi dəvət və yamünasibət olmur. Ermənistan nümayəndə heyəti digər ölkələr kimi bu təbirdə iştirak etməlidir".

 

Region üçün əhəmiyyətli olan tədbirə Azərbaycanın artıq hazırlıqları yekunlaşdırmaq üzrə olduğunu deyən vitse-spiker onu da bildirib ki, Ukraynada baş verən hadisələr sessiyanın gündəliyində duran məsələlər sırasındadır. Eyni zamanda sessiyada ATƏT Parlament Assambleyasının Bakı deklarasiyası qəbul olunacaq. Bu həm iqtisadi, həm siyasi, həm də İnsan Haqları Komitəsində müzakirə edilən məsələlərin ümumi nəticələri kimi qəbul olunacaq. 

Müəllif | Apa.Tv