Hava yağıntılı və qeyri-sabit olacaq
Bakı və Abşeron yarımadasında aprelin 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 9-13, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 14-24, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, şimal küləyinin tez-tez güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Aprelin 25-dən 28-dək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu aprelin 25-də 13-17, 26-da 15-20, 27-də 13-16 dərəcə isti təşkil edəcək. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.