"Bakcell"in ötürücü stansiyasında bədbəxt hadisə: elektrik öldü

Qusar sakini Lənkəranda elektrik cərəyanı vurmasından ölüb. Hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. Şahlar Murməmmədov kənddəki  "Bakcell" şirkətinə məxsus ötürücü stansiyada elektrik cərəyanının olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerində ölüb. APA TV-nin xəbərinə görə, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək araşdırmalara başlayıblar. Meyit isə müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

 

İlkin araşdırmalardan sonra dünyasını dəyişən Şahlar Nurməmmədovun  hazırda Cəlilabad rayonunda yaşadığı  və elektrik sahəsində təmir işləri aparan "ABC" şirkətində çalışdığı müəyyənləşdirilib. Həmin şirkətin isə podratçı olaraq, "Bakcell" mobil operatoruna məxsus antenlərin təmirinə dair müqaviləsi var. Şirkət mobil operatorun antenində baş verən qüsurun aradan qaldırılması üçün əraziyə öz əməkdaşını göndərib.

Müəllif | Apa.Tv
Apa.tv