"VAZ-2107" işıq dirəyinə çırpıldı: 2 yaralı

Bərdədə "VAZ-2107" markalı avtomobil işıqlandırma dirəyinə çırpılıb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. APA TV-nin xəbərinə görə, Bərdə rayon sakini Səməd Aslanovun idarə etdiyi "90 NL 973" nömrə nişanlı minik maşını yüksək sürətlə hərəkət etdiyindən sürücü idarəetməni itirib. Nəticədə sürücü və onun sərnişini Gülnar Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv