Yeznəsini bıçaqlayan oğlan: "Heyif ki, öldürə bilmədim"
Yasamal rayonu Ə. Əhmədov küçəsində qayın yeznəni bıcaqlayıb. APA TV-nin xəbərinə görə, Ucar rayon sakini, 1983-ci il təvəllüdlü Ağamirzə Soltanov aralarında yaranan münaqişəni həll etmək ücün bacısının keçmiş əri, 1979-cu il təvəllüdlü Ramiz Soltanovu axtarmağa başlayıb.
Saxlanılan şəxsin verdiyi ifadəyə görə, yeznələri bacısı ilə 5 ay əvvəl məhkəmə yolu ilə ayrılsalar da, Ramiz Soltanov dəfələrlə onların küçələrinə gələrək nəlayiq ifadələr söyləyib. Əsəblərini cilovlaya bilməyən Ağamirzə isə məsələni onu öldürməklə həll edəcəyini ailə üzvlərinə bildirib: "İndi də heyfslənirəm ki, onu öldürə bilmədim. Həbsxana kişi ücün tikilib. Heç kim, hec kimin şərəf və ləyaqətini tapdalaya bilməz".
Qeyd edək ki, dalaşan yeznə-qayın həm də əmioğludur. Faktı Yasamal rayon polis idarəsinin istintaq şöbəsi araşdırır.