Qırmızı işıqda keçən "VAZ 2107" qəza törətdi
Paytaxtın Nəsimi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, Teymur Abbasovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil 28 May küçəsi ilə hərəkət edən, Rusiya dövlət nömrə nişanlı "VAZ 21010" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 21010" markalı avtomobilin sürücüsü 57 yaşlı Məhəmməd Məlikov və bir sərnişin xəsarət alıb. Sürücünün xəsarəti yüngül olduğundan ona elə hadisə yerində ilkin tibbi yardım göstərilib. Şahidlərin sözlərinə görə, qəzaya "VAZ 2107" markalı avtomobilin işıqforun qırmızı işığında keçməsi səbəb olub. Faktla bağlı Nəsimi Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır