İki avtomobillə toqquşan “Niva” hasara çırpılıb: 2 yaralı

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Atatürk və 20 Yanvar küçələrinin kəsişməsində qeydə alınıb. Rayon sakini Məmmədov Nail Faiq oğlunun idarə etdiyi "90 EU 048" dövlət nömrə nişanlı “Niva” markalı avtomaşın Cəfərov Elvin Rasim oğluna məxsus "27 BX 530" nömrəli “VAZ 2107” markalı maşınla toqquşub. Daha sonra “Niva” hərəkətsiz vəziyyətdə dayanan Faiq Cəfərova məxsus "90 GT 621" qeydiyyatlı “VAZ 21015” markalı maşını vurub. İdarəetməni itirən “Niva”nın sürücüsü nəqliyyat vasitəsini hasara çırpıb.

 

Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Niva”-nın və “VAZ 2107”-nin sürücüsü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Nail Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. “VAZ 2107”-nin sürücüsünün vəziyyəti isə orta ağır qiymətləndirilir.

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan