Ukraynanın şərqində antiterror əməliyyatı dayandırılıb
Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı dayandırılıb. Buna səbəb sərhəd yaxınlığında Rusiya hərbi birləşmələrinin cəmlənməsidir. APA TV-nin məlumatına görə, bu barədə “Ukrainskaya pravda” nəşri məlumat yayıb. Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, Rusiya ordusunun Ukrayna ərazisinə daxil olacağı ehtimalı xeyli artıb.
Məlumatda separatçıların panikada olduğu qeyd olunur. Slovyanskda baş verən silahlı insident zamanı Rusiya tərəfdarı olan 7 ukraynalı öldürülüb. Bu olaydan sonra Rusiyanın bölgəyə sərt hərbi müdaxilə etməsi gözlənilir.