Toyda qanlı dava: kişi qohumunu bıçaqladı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 22.30 radələrində rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisində qeydə alınıb. Kənd sakini, 34 yaşlı Ramin Əzizov şəxsi münaqişə zəminində qohumu və dostu olan 19 yaşlı İlkin Teymurovun qarın nahiyəsindən bıçaq zərbəsi endirib . İlkinin qan içində olduğunu görən toy iştirakçıları onu dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Yaralı əməliyyat olunub. Hadisə yerindən qacan Ramin Əzizovun saxlanılıb, istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.