Uşaqlarda niyə iki cür peyvəndləşdirmə vacibdir?

"Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə 11 infeksiyaya qarşı peyvənd işlərini həyata keçirir. Üç ayın hesabatına əsasən, illik nəzərdə tutulan uşaqların sayından 30 faizi artıq peyvənd olunub".

 

APA TV-nin xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva “İmmunlaşdırma həftəsi”nə həsr olunan konfransda deyib. Onun sözlərinə görə, ən sonuncu peyvənd 2013-cü ildən həyata keçirilən pnevmamkok əleyhinə peyvənddir ki, bu peyvəndləşdirmə uşaqlarda əsasən 2, 4, 6 aylıqlarında aparılır. "Bu peyvənd uşaqları pnevmaniyalardan və miningitdən qoruyur. Uşaqlarda xəstələnmənin əsas səbəblərindən birincisi pnevmaniyalardır. Bunun üçün iki cür peyvəndləşdirmə aparılır". Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə deyir ki, artıq 8 ildir Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun “İmmunlaşdırma Həftəsi” keçirmə təşəbbüsündə iştirak edir. İnkişaf etmiş ölkələrdə olan vaksinlərin ölkəyə gətirilməsi çox maliyyə tələb etsə də, dövlətin ayırdığı vəsait hesabına həmin vaksinlər yaxın vaxtlarda Azərbaycana gətiriləcək. 2014-cü ildə Avropa İmmunlaşdırma Həftəsinin əsas mövzusu “Həyat naminə immunlaşdırma"dır.

 

Müəllif | Apa.Tv