Şadlıq saraylarında müştərilərə bu ətlər yedirdilir - ŞOK GÖRÜNTÜLƏR
Abseron rayonunun Masazır qəsəbəsində qeyri-qanuni fəaliyyət göstərən toyuq kəsimi müəssisələrində dəhşətli faktlar aşkarlanıb. APA TV-nin xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayit Regional İdarəsi əməkdaşları qəsəbədə üzərində mənzilin nömrəsi qeyd olunmayan iki ünvanda, toyuq kəsimi ilə məşğul olan vətəndaş Anar Rəsulov və Füzuli Hacıyevin təsərrüfat obyektlərində reydlər aparıb. Dövlət müfəttişi Vüqar Zeynalov deyib ki, müəssisədə tam antisanitar şəraitdə, standartın tələblərinə uyğun olmayan şəraitdə kəsimlə məşğul olublar. Diri toyuqlar şəriət qaydalarına əməl olunmadan, gigiyenik olmayan qablara salınır, başı kəsilir və qanı tam axmadan qaynar suya atılıb tükləri təmizlənir. Daha sonra xüsusi boyaq maddəsi olan tartazen ilə sarı rəngə boyanaraq kənd toyuğu adı ilə satılır.
Vüqar Zeynalov deyir ki, indiyədək aşkarlanan 10-a yaxın belə sexin fəaliyyəti dayandırılıb: "İstehsalçı kəsdiyi toyuqları ticarət şəbəkələrinə, xüsusilə də restoranlara satıb. İdarə tərəfindən şadlıq evlərinin və ticarət obyektlərinin sahiblərinə xəbərdarlıq edilir ki, uyğunluq sertifikatı olmayan belə məhsulların alışına görə məsuliyyət daşıyırlar. Əks halda onlarda qanunvericiliyin tələbini pozduğuna görə, barələrində ciddi tədbirlər görüləcək".
Müəssisə sahibi anar Rəsulov isə sahibi olduğu obyektin 10 gündür, fəaliyyətə başladığını deyib.
Füzuli Hacıyevə məxsus digər toyuq kəsimi sexində də belə faktlar aşkarlanıb.