Jurnalist Fərahim İlqaroğlu döyülüb - DÖYÜLMƏ ANININ GÖRÜNTÜSÜ


“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalistin dediyinə görə, aprelin 25-də saat 10:30 radələrində tanımadığı şəxs ona maşından düşməyi təklif edib. Baş verən hadisə avtomobildəki video-kameranın yaddaşına yazılıb: "Səhər saatlarında evdən çıxanda naməlum şəxs mənə hücum çəkərək boğazımdan tutdu və bir neçə zərbə endirdi".

"102” xidmətinə jurnalistin özü məlumat verib. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsininin əməkdaşları və idarənin cinayət axtarış bölməsinin əməkdaşları gəliblər. Döyülmə nəticəsində baş, kürək və cənə nahiyəsindən xəsarət alan Fərahim İlqaroğlunu tibbi ekspertizaya göndərilib. Bölmədən APA TV-yə verilən məlumata görə, hadisənin bir nəfər tərəfindən törədilməsi sübut olunsa da, digər şəxslərində iştirakı istisna olunmur. Polisdən hadisənin sifarişlə həyata keçirildiyi istisna edilməyib. İlikin olaraq faktla bağlı xuliqanlıq maddəsi ilə cinayətr işi başlanıb.
 

Fərahim İlqaroğlu APA TV ilə də əməkdaşlıq edir.
 

Müəllif | Apa.Tv