Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib

"Hazırda Azərbaycanda 13 çex kapitallı şirkət fəaliyyət göstərir. Son 10 il ərzində Çexiyadan ölkəmizə əsas kapitala 1 milyard dollar investisiya yatırılıb. Biz Çexiya ilə investisiya qoyuluşu və ticarət əlaqələrinin inkişafı sahəsində çox maraqlıyıq”.

 

APA TV-nin xəbərinə görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov deyib: "İki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir. İndiyə kimi, iki ölkə arasında 20-dən çox sənəd imzalanıb. Bütün bunlar iki ölkə arasında əməkdaşlığın genişlənməsində olduqca əhəmiyyətlidir. Bu, iqtisadi-ticarət əlaqələrinin, iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir”.

 

 

Çexiyanın sənaye və ticarət nazirinin müavini İrji Qavlişek isə bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar var

 

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.

 

Biznes forumda hər iki tərəfdən maliyyə, sənaye, ətraf mühit, kənd və meşə təsərrüfatı, enerji, tikinti sahəsində fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı