Çeçenistan PA: Ramzan Kadırov qondarma "soyqırımı" tanımayıb

Ceçenistan Prezident Adminstrasiyası Ramzan Kadırovun qondarma "erməni soyqırımı"nı tanıması barədə yayılan xəbərləri təkzib edib. Administrasiyanın mətbuat xidmətindən Vesti.az saytına bildirilib ki, prezident Ramzan Kadırovun "twitter" səhifəsində belə bir ifadə işlədilməyib: "Biz prezidentin şəxsi səhifəsinə görə məsuliyyət daşyırıq. Qeyri -rəsmi səhifələr, mikrobuloqların yaradılması, onun adından müxtəlif yönümlü fikirlərin paylaşılmasına görə heç bir məsuliyyət daşımırırq. Görünən odur ki, Kamzan Kadırovun saxta profilini yaradıblar".

 

APA TV-nin xəbərinə görə, Ramzan Kadırovun adına olan bir "twitter" səhifəsində "24 aprel: erməni soyqrımının 99-cu il dönümüdür" - deyə yazılıb. Ermənistan mətbuatı iddia edir ki, Kadırov bununla qondarma soyqırımı tanıyıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı