Narkotiklə tutulan şəxs: "Heç dayanacağa çata bilmədim..."


Bakıda Salyan rayon sakinində xeyli miqdarda narkotik vasitə aşkarlanıb. Bu barədə APA TV-yə DİN-nin mətbuat xidmətindən məlumat verilib. Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Salyan rayon sakini Natiq Məhərrəmovdan 4 kiloqram 500 qram marixuana götürülüb.

Əməliyyat müvəkkili Kənan Abışov deyib ki, saxlanan şəxs narkotikdən 200 manat pul alacaqmış.

Natiq Məhərrəmov isə istədiyi yerə gedə bilmədiyini, dərhal yaxalandığını söyləyib
Faktı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsi araşdırır.

 

Müəllif | Apa.Tv