Ziya Məmmədov Daşkəsəndə qəbul keçirib

Nəqliyyat naziri Ziya Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edib. Qəbulda nazir Daşkəsənlə yanaşı, Şəmkir və Gədəbəy rayonlarından olan 30-dan artıq vətəndaşla görüşüb. APA TV-nin xəbərinə əsasən, vətəndaşların müraciətləri əsasən, rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq, nəqliyyat vasitələrinə və sərnişindaşınmaya aid problemlər və digər məsələlərlə bağlı olub. Nəqliyyat naziri görüşdə vətəndaşların səsləndirdiyi təklif, müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstərişlər verib. Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müəllif | Apa.Tv
Azər Məmmədli