Azərbaycan prezidentinin Çex Respublikasına işgüzar səfəri başa çatıb
Azərbaycan prezidenti İlham Əliyev Praqada Moldova prezidenti Nikolae Timofti ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edilib.
Azərbaycan prezidenti polşalı həmkarı Bronislav Komorovski ilə də görüşüb.
Görüşdə Azərbaycanla Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezidenti İlham Əliyevin növbəti görüşü isə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə olub. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirilib, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olunub. Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu da vurğulanıb.
Prezident İlham Əliyev həmçinin Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb. Söhbət zamanı Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.
Azərbaycan prezidentinin Çex Respublikasına işgüzar səfəri başa çatıb.