Sabirabadda güclü yanğın: iki azyaşlı xilas edildi
Aprelin 25-də günorta saatlarında Sabirabad rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Həsənli kəndində Qasım Əhmədova məxsus fərdi yaşayış evində baş verib. Yanğın baş verən zaman evdə iki azyaşlı olub. Xoşbəxtlikdən hadisə zamanı onlar xəsarət almayıb. Yanğını ilk görən isə qonşular olub. Onlar dərhal ev sahibinə eləcə də, FHN-nin Sabirabad rayon şöbəsinin əməkdaşlarına xəbər verilib. Əsən güclü küləyin təsiri nəticəsində alov evi bürüyüb. Lakin yanğınsöndürənlər alovun həyətdə olan digər tikililərə keçməsinin qarşısını alsalar da, ev sahibi evdən hər hansı bir əşya çıxara bilməyib. Üçotaqlı evin yanar konstruksiyaları və evdəki əşyalar yanaraq, külə dönüb.
Hazırda yanğın baş vermə səbəbi araşdırılır.