Gəncədə qəza, iki nəfər ağır xəsarət aldı

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Heydər Əliyev prospektində qeydə alınıb. Gəncə şəhər sakini 23 yaşlı Adil Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt şəhər sakini, 50 yaşlı Fuad Abdullayevin idarə etdiyi “Toyota Prado” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Mersedes” deformasiyaya uğrayıb. Yaxınlıqda olan şəxslərin köməkliyi ilə xəsarət alan iki nəfər avtomobildən çıxarılıb. Xəsarət alanlar - sürücü Adil Əliyev və sərnişin, 21 yaşlı Qəmbər Cabbarlı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli