“Hyundai” mikroavtobusla toqquşdu, xəsarət alanlar var

Şabranda “Hyundai” markalı avtomobilin “Ford” markalı mikroavtobusla toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə dünən axşam saatlarında Şabran şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Sabirabad rayon sakini, 48 yaşlı Beydan Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan Şabran rayon sakini, 39 yaşlı Afdandil Quliyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza zamanı xəsarət alan şəxslər - “Ford”un sürücüsü Afdandil Quliyev və “Hyundai”ın sərnişini, Sumqayıt şəhər sakini 43 yaşlı Bahar Şirinova Şabran Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağırdır. Faktla bağlı avtotexniki və tibbi ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan