Neftçilər prospektində “Volkswagen” dirəyə çırpılaraq alışdı!

Ötən gecə Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Neftçilər prospekti ilə sürətlə hərəkət edən "Volkswagen Passat" markalı avtomobil Yusif Səfərov küçəsinə dönmək istəyərkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən üzərində "Təhlükəsiz şəhər" kamerası olan dirək aşıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, qəzadan sonra sürücü ərazidən uzaqlaşıb. Onun şəxsiyyətinin müəyyən edilməsi üçün araşdırma aparılır.

Qəzaya uğrayan maşını götürmək üçün hadisə yerinə evakuator çağırılıb. Nəqliyyat vasitəsi hadisə yerindən uzaqlaşdırılan zaman avtomobildə yanğın təhlükəsi yaranıb.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib, faktı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi araşdırır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv