Barselonanın sabiq məşqçisi Tita Vilanova öldü

"Barselona” futbol klubunun keçmiş baş məşqçisi Tito Vilanova vəfat edib. Ağır vəziyyətdə hospitala çatdırılan 45 yaşlı Vilanova xəstəxanada dünyasını dəyişib. O, mədəsindəki xəstəlikdən əziyyət çəkib. Məşqçinin cərrahiyyə əməliyyatı ediləcəyi gözlənilirdi. Xəstəxanaya aparılan zaman mütəxəssisin huşu özündə olub, o, hospitalda dostlarını və yaxınlarını qəbul edib. Məşqçi son illər həm də qulaqyanı vəzlərin xərçəngi xəstəliyi ilə mübarizə aparıb. O, 2011-ci ilin noyabrında cərrahiyyə əməliyyatına məruz qalıb və kimyaterapiya qəbul edib. 2012-ci ilin dekabrında isə xəstəliyin şiddətlənməsi səbəbindən yenidən xəstəxanaya düşüb. Tito Vilanova 2012-2013-cü il mövsümündə “Barselona”nın baş məşqçisi olub. 2013-cü ildə isə xəstəliyi səbəbindən postunu tərk edib. Buna qədər isə Xosep Qvardiolanın köməkçisi işləyib.
 

Müəllif | Apa.Tv
Apa.tv