Kliçko bu gün növbəti döyüşə çıxır – KİYEVDƏ DEYİL, RİNQDƏ

Ağır çəkidə boks üzrə 4 versiya üzrə dünya çempionu, "Avromaydan"ın liderlərindən Vladimir Kliçko bu gün indiyə qədər qazandığı bütün titulları qorumaq üçün rinqə çıxacaq. Onun rəqibi Samoa mənşəli qaradərili Avstraliya idmançısı Aleks Leyapeyadır. Döyüş Almaniyanın Oberhauzen şəhərində baş tutacaq. Kliçkonun rəqibi Leyapeyanın 34 yaşı var. O, bu vaxta qədər keçirdiyi 37 döyüşün 30-nu nokautla udub. Avstraliyalı Kliçkonu məğlub etməkdə iddialıdır.

Qaradərili boksçu özündə bu inamı rusiyalı Denis Boysovu döydükdən sonra hiss edib. Çünki Boysov onunla döyüşənə qədər heç kəsə məğlub olmayıb. Leyapeya sonuncu məğlubiyyətini dünya çempionluğu uğrunda məhz Kliçko ilə döyüşən Kevin Consondan alıb. 38 yaşlı Kliçko üçün isə bu döyüş 65-ci olacaq. Kliçko bu döyüşə hazırlıq üçün məşq etdiyi Avstriyada Leyapeyanı məşhur Taysonla müqayisə edib və avstraliyalının ondan geri qalmadığını bildirib. Kliçko döyüşün möhtəşəm keçəcəyini deyib.

 

Müəllif | Apa.Tv
Apa.tv