Vitse-admiral barədə həbs qərarından apellyasiya şikayəti verilib

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Bu barədə APA-ya Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib. Vəkil apellyasiya şikayətinin məhkəməyə təqdim edildiyini bildirib. Qeyd edək ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilir. Bakı Hərbi Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.


 

Müəllif | Apa.Tv