“ASAN Xidmət”lə “AzeDer” arasında niyyət protokolu imzalanıb

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə "AzeDer" təşkilatı arasında Niyyət Protokolu imzalanıb. Memorandumu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və "AzeDer"in sədr müavini Abbas Məmmədov imzalayıb.

Ülvi Mehdiyev bildirib ki, memorandum tərəflər arasında birgə fəaliyyətin təşkili, xidmətdə çalışanların peşəkarlığının artırılması üçün yeni təcrübə proqramlarının təşkili məqsədi daşıyır: «Biz xaricdə beynəlxalq təşkilatların iş rejimi ilə tanş olub, bunu öz işimizə tətbiq etmək məqsədindəyik. Eyni zamanda xaricdə təhsil alan tələbələrimizin real praktiki təcrübə əldə etməsi üçün onlar agentlikdə müvafiq proqram əsasında təcrübə keçəcək».

2013-cü ildə təsis edilən, xaricdə təhsil alan tələbələri bir araya toplamaq məqsədi ilə fəaliyyət göstərən "AzeDer" rəsmisi bildirib ki, müqaviləyə uyğun olaraq agentlik işçiləri xarici ölkədə təlimlərdə iştirak edəcəklər: «Bu, «ASAN xidmət»in gənc əməkdaşlarınıт Avropanın müxtəlif qurumlarında təcrübə proqramının keçməsi üçün bir başlanğıcdır. “AZeDer” Avropanın müxtəlif qurumları ilə əməkşdalıq edir. Bunlar Arasında Avropa Parlamenti, BMT-nin Sənaye və İnkişaf Agnetliyini, Alman Banklarını və Böyük sənaye şirkətlərini misal göstərmək olar”.

Yaxın vaxtlarda müqavilənin icrasına başlanılacaq.
 
 

Müəllif | Apa.Tv