Bərdə sakininin meyiti yolda tapılıb

Bərdə sakininin meyiti yaşadığı kəndin ərazisində tapılıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Fikrət Eyvazov yaşadığı Mehdili kəndinin yaxınlığında yolda ölmüş halda aşkarlanıb. Meyitin müayinəsi zamanı onun infarktdan keçindiyi məlum olub.

 

1965-ci ildə anadan olan Fikrət Eyvazovun meyiti məhkəmə-tibbi ekspertizasından sonra yaxınlarına təhvil verilib.

 

Faktla bağlı araşdırma aprılır.

 

Müəllif | Apa.Tv
Apa.tv