Seysmoloq Elçin Xəlilov həbs edildi

Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov həbs edilib.

 

Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, Elçin Xəlilov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə)  və 179.3.2 ( Mənimsəmə və ya israf etmə külli miqdarda olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1(rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv