Sərhəddə erməni minaya düşdü

Dərələyəzin Çivə kəndinin itkin düşmüş sakini Azərbaycan sərhədi yaxınlığında minaya düşüb.

54 yaşlı Vaçaqan Poqosyanın itkin xəbəri Ermənistan Müdafiə Nazirliyinə aprelin 25-də daxil olub. Ailəsinin dediyinə görə, o, əkin sahəsinə gedib və geri qayıtmayıb.

Hadisə yerinə əməliyyat qrupu göndərilib. Havanın pis olması səbəbindən axtarış işləri dayandırılıb.

Aprelin 26-sı səhər başlayan axtarışlar nəticəsində Vaçaqan Poqosyanın minaya düşdüyü aşkar edilib.

 

Müəllif | Apa.Tv