Krım Tatarlarının lideri Nobel sülh mükafatı ala bilər
Krım tatarlarının lideri Mustafa Cemilevin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. Onun namizədliyi Tatarıstan Ağsaqallar Şurası, Tatar İctimai Mərkəzi və Krım-Tatar Xalq Məclisi tərəfindən dəstəklənib.
“Şübhəsiz ki, Mustafa Cemilev bu nüfuzlu mükafata ən layiqli namizədlərdən biridir” deyə açıqlamada bildirilir.
Tanınmış sovet dissidentlərindən biri olan Mustafa Cemilev Stalin dövründə deportasiyaya məruz qalmış xalqının Krıma qaytarılmasını tələb etdiyinə görə həyatının 15 ildən çoxunu həbsxanalarda keçirib.