Bakıda yanmış kişi meyiti tapıldı

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində Ağdam rayon sakininin yanmış meyiti tapılıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Soltanov Sadiq Arazxan oğlu ötən gecə sözügedən yaşayış məntəqəsinə, dostugildə gecələməyə gedib. Aprelin 26-da onun meyiti yanmış halda aşkarlanıb.

 Məlumata görə, Sadiq Soltanovun üzərinə benzin tökərək od vurublar. Onun qisas zəminində öldürüldüyü bildirilir.

 Mərhumun cəsədi axşam saatlarında doğulduğu Üçoğlan kəndinə gətirilərək dəfn olunub. Onun ölümünün səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv