16 yaşlı oğlanın meyiti tapılıb
Beyləqanın Daşburun kəndi ərazisindəki su kanalından 16 yaşlı oğlanın meyiti tapılıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, meyiti tapılan gənc Tərtər rayon sakini Ağayev İbrahim Fərhad oğludur. Şahidlərin sözlərinə görə, İbrahim Ağayev Beyləqan rayonu ərazisində xırdavat mallarının satışı ilə məşğul olub. Onun hansı səbəbdən kanala düşdüyü yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır.