Dərbənddə 5 silahlı öldürülüb

Dağıstanın Dərbənd şəhərində 5 silahlı öldürülüb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

 

“Dağıstan Respublikasında Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları “cənub” terrorçu qruplaşması üzvlərinin zərərsizləşdirilməsi məqsədilə birgə xüsusi əməliyyat keçiriblər.  Milli Antiterror Komitəsinin məlumatına görə, bu şəxslər mayda Dağıstanda keçiriləcək bayram tədbirləri zamanı silsilə terror aktları törətməyi planlaşdırıblar”. Əməliyyat zamanı Daxili İşlər Nazirliyinin bir əməkdaşı yaralanıb.  Bundan başqa, MAK İnquşetiya Respublikası ərazisində silahlılara məxsus silah-sursat aşkarlandığını da qeyd edib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı