ABŞ-da tornado-dağıntı və yaralılar var
ABŞ-ı cənginə alan Tornado ölkədə ciddi fəsadlar törədib. Şimali Karolina ştatında tüğyan edən tornado 200-dək evi tamamilə və ya qismən dağıdıb. Bu barədə ABŞ Milli Meteoroloji Xidmətinin açıqlamasında bildirilir. Tornado Pitt və Bofort dairələrində müşahidə olunub. Bofort dairəsində tüğyan edən tornado nəticəsində 16 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Təbiət hadisəsi 8 minədək insanın işıqsız qalmasına səbəb olub.