Rusiyameyllilər Ukraynada xüsusi təyinatlıları əsir götürüb soyundurdular

Kramatorskda ekstremistlər Ukrayna təhlükəsizlik xidmətinin 3 zabitini əsir götürüb. Onları üzü qanlı, şalvarsız, gözləri bağlı Rusiya mətbuatının suallarına cavab verməyə məcbur ediblər. Zabitlər necə əsir düşdükləri barədə danışıblar. Paralel olaraq ekstrmistlər hər 3 şəxsin döş nişanlarını, kimliklərini və silahlarını nümayiş etdirib. Üzü qana boyanmış zabitlərdən birinin dediyinə görə, onlar "Alfa" xüsusi xidmətlilər qrupunda 7 nəfər idilər. Onları Kramatorska Xarkovun İzyum şəhərindən helikopterlə gətiriblər. Onlar tapşırıqlarının İqor Bezler adlı separatçının əsir götürülməsi olduğunu bildiriblər. Separatçıların lideri İqor Streltsov onları hərbi əsir adlandırıb. O rəsmi Kiyevə onları öz silahdaşları ilə dəyişməyi təklif edəcəyini deyib. 

Müəllif | Apa.Tv