İki keşiş müqəddəs elan edildi
Katolik dünyası tarixi bir gün yaşayıb. Vatikanda Papa Fransizin xeyir-duasıyla Papa 2-ci Jan Paul və Papa 23-cü Xuan müqəddəslik mərtəbəsinə yüksəliblər. Dünyanın hər yerindən 100 minlərlə insanın qatıldığı bu tədbirdə keçən il vəzifəsindən istefa verən 16-cı Benedikt də iştirak edib. Vəzifədən ayrıldıqdan sonra ilk dəfə xalqın içinə çıxan 16-cı Benedikt papalığı zamanı Papa 2-ci Jan Paulun "əziz insan" elan edilməsi tədbirində xeyir-dua vermişdi. Papa 23-cü Xuan 1958-1963 illər arasında Katolik aləmini dünyaya açan reformlar hazırlayan əsas simalardan biridir. O, 2-ci Vatikan Konsulluğuna da rəhbərlik edib. 1935-1944-cü illərdə İstanbulda Vatikan təmsilçiliyinə rəhbərlik etdiyi dönəmdə isə "Türk Papası" təxəllüsü də alıb. 1978-2005-ci illərdə 27 il vəzifədə qalan Papa 2-ci Jan Paul da Katolik dünyası üçün mühüm işlərə imza atıb. Vatikandakl tədbirə Avropa İttifaqı nümayəndələri qatılıblar. Onların arasında hətta krallar, kraliçalar, baş nazirlər də yer alıblar. Ümumiyyətlə müxtəlif ölkələrdən 100-dən çox lider bu tədbirdə iştirak edib. Katoliklərin inancına görə, bir nəfərin müqəddəs elan edilməsi üçün iki möcüzə baş verməlidir. Papa 2-ci Jan Paulun iki sağalmaz xəstəni və Papa 23-cü Xuanın bir rahibəni sağaltdıqları bildirilir. Vatikan tarixində iki Papanın eyni vaxtda müqəddəs elan edilməsi ilk dəfədir baş verir. Katolik dünyasının Papalarının 1/3-i "əziz" və ya "müqəddəs" adlarına sahibdir.