Rusiya tərəfdarları Donetskdə televiziya binasını tutublar
Ukraynanın şərqində bəzi şəhər və qəsəbələrdə dövlət binalarını ələ keçirən Rusiya tərəfdarları bölgənin ən böyük şəhəri Donetskdə televiziya binasını tutublar. APA TV-nin xəbərinə görə, binada yerli televiziya kanalları ilə yanaşı Ukrayna telekanallarının ötürücüləri də yerləşir. Separatçılar Ukrayna telekanallarının yalan xəbərlər yaydığını iddia edərək, bu televiziyaların yayımının dayandırılacağını bildiriblər. Qrupun sözçüsü binanın önündəki açıqlamasında deyib ki, mütəxəssislər çağırılıb və onlar Ukrayna telekanallarının yerinə Rusiya televiziyalarının yayımını təmin edəcəklər.
Qeyd edək ki, Ukraynanın şərqində azı 10 şəhər və qəsəbədə administrasiya, bələdiyyə, milis və digər dövlət binaları separatçıların nəzarətindədir.