Bakıda sürücü idarəetməni itirdi, “Toyota” səkiyə çıxdı

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib. Hadisə "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb. APA TV-nin xəbərinə görə, 27 yaşlı Şahin Şirəliyevin idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib və avtomobil səkiyə çırpılaraq, yolayrıcındakı yaşıllıq əraziyə çıxıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

 

Sürücünün sözlərinə görə, qəzaya eyni istiqamətdə hərəkət edən avtomobilin “Toyota”nın qaşısına qəflətən çıxması səbəb olub. Həmin avtomobil hadisə yerini tərk edib.

 

Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv