İsrailin xarici işlər naziri Azərbaycana gəlir
İsrailin xarici işlər naziri Aviqdor Liberman aprelin 29-da Azərbaycana rəsmi səfər edəcək. Səfər 5 gün davam edəcək. Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər çərçivəsində Aviqdor Libermanın Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, habelə yəhudi icması ilə görüşləri nəzərdə tutulur.
Səfər mayın 4-dək davam edəcək.