Ömrünün 20 ilini həbsdə keçirən Gürcüstan vətəndaşı Bakıda tutuldu
Bakıda Gürcüstan vətəndaşından xeyli miqdarda narkotik vasitə götürülüb. Nərimanov Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsindən APA TV-yə verilən məlumata görə, Gürcüstan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Şekriladze Amiran Budueviç rayonun Təbriz küçəsi-94 saylı ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb. 20 il məhkumluq həyatı yaşayan Gürcüstan vətəndaşının üzərində ümumi çəkisi 1020 qram narkotik vasitə olan həşiş qətranı aşkarlanıb: "Özüm narkotik istifadəciyəm. Dediyim İran vətəndaşına pul vermək niyyətim olmayıb. Özüm üçün almışdım. Dedi get götür qoymuşam filan yerə. Gedib həmin yeri tapdım. Götürəndə polislər saxladılar".
Saxlanılan şəxsin dediyinə görə, Bakıya ötən ilin aprelində işləmək məqsədi ilə gəlib.
Polislər tərəfindən müsadirə olunan narkotik vasitəni tanımadığı İran vətəndaşından alıbmış. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olma - külli miqdarda) maddəsi ilə cinayət işi başlanıb.