Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilir

"Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri beynəlxalq mərkəzə çevrilib. İki gün ərzində dünyanı narahat edən bir çox qlobal problemlər müzakirə olunacaq, onların həlli yolları tapılacaq".

APA TV-nin xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu"nda  jurnalistlərə açıqlamasında deyib. Nazim İbrahimov bildirib ki, dünyanın 50-dən artıq ölkəsindən gələn yüksək səviyyəli dövlət adamlarının forumda iştirakı bir daha onu deməyə əsas verir ki, Azərbaycanın tanıdılması istiqamətində bu forumun böyük əhəmiyyəti var.

"Hesab edirik ki, Azərbaycana qarşı ikili standart məsələsini bir daha dünya ictimaiyyətinə çatdırmağa nail olmaq istiqamətində bu forumun böyük rolu olacaq".

Komitə sədri qeyd edib ki, bu il foruma gələnlərin bəziləri ötən il gələn zaman onlarda inamsızlıq olduğunu səmimi şəkildə etiraf ediblər. Lakin onlar artıq əmindir ki, Bakı beynəlxalq mərkəzdir.

 

Müəllif | Apa.Tv