Traktora çırpılan avtomobilin sürücüsü öldü
İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün saat 18.00 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb. APA TV-nin xəbərinə görə, İmişli rayon sakini Əliyev Elman Cümşüd oğlunun idarə etdiyi "VAZ 21074" markalı avtomobil qarşıda gedən Vidadi Əliyevin idarə etdiyi “MTZ-80” markalı traktorun qoşqusuna çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.