Azərbaycan prezidenti: "Ölkədə yoxsulluq xeyli azalıb"

"Azərbaycan multikulturalizm və tolerantlıqla bağlı tədbirlərin təşkil edilməsinə xüsusi diqqət yetirir".

 

APA Tv-nin xəbərinə görə, bunu Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezident bildirib ki, Azərbaycanın müstəqilliyinin əbədi olması üçün iqtisadi qüdrəti artmalıdır. 10 il əvvəl Azərbaycanda 49 faiz səviyyəsində olan yoxsulluq artıq xeyli azalıb: "Bizim çox aşağı xarici borc səviyyəmiz var. Bu, bizim ÜDM-zin cəmi 8 faizini təşkil edir. Bu o deməkdir ki, biz beynəlxalq maliyyə təsisatları ilə daha sıx şəkildə işləmək fikrindəyik".

 

Dövlət başçısının sözlərinə görə, Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb. Prezident İlham Əliyev bəyan edib ki, hazırda güc beynəlxalq münasibətlərdə əsas yer tutur.

 

Müəllif | Apa.Tv