Xarkov şəhərinin meri güllələnib

Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes sui-qəsdə məruz qalıb. APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, hadisə  aprelin 28-i yerli vaxtla saat 12.00-a yaxın baş verib. Xarkov Şəhər Şurasından bildiriblər ki, G. Kernes kürəyindən güllə yarası alıb. O, hazırda xəstəxanada əməliyyat olunur. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.

 

Qeyd edək ki, Xarkov Ukraynanın Rusiya ilə həmsərhəd şərq vilayətlərindən biridir. Şəhərdə bir müddətdir Rusiyayönümlü separatçıların kütləvi aksiyaları keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv